Şou-Biznes

Məşhur repçi göz muncuğu taxdı, psixoloji müalicə aldığını dedi

Sharing is caring!

Türkiyəli repçi Sefo küçədə paparazzilərin kameralarına yaxalanıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, repçinin qarşısını kəsən pərəstişkarları onunla şəkil çəkdiriblər. Repçinin papağından sallanan göz muncuğu diqqət çəkib. Sefo bunu yoldan keçən bir qadının taxdığını, özünün batil inanclarının olmadığını bildirib.

O həmçinin bildirib ki, diqqət mərkəzində olmaq, daim tanımadığı insanların onun şəxsi həyatı ilə maraqlanmasını hiss etmək ağır gəlir, buna görə, psixoloji müalicə alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir