Cəmiyyət

“Qarabağ” Azərbaycan çempionatında yeni rekorda imza atıb

Sharing is caring!


“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, Ağdam təmsilçisi eyni rəqiblə oyunlarda ən çox qol vuran komanda olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Premyer Liqanın XVII turunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.

Matçdakı sonuncu qolun müəllifi olan Hamidu Keyta “Qarabağ”ın Azərbaycan derbisindəki 120-ci qoluna imza atıb. Ağdam təmsilçisi bu göstəriciyə 93-cü matçda çatıb.

Bu görüşədək rekord “Neftçi”yə məxsus idi. Bakılılar “Şamaxı” ilə qarşılaşmalarda 119 qol vurublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir