Şou-Biznes

Tanınmış müğənninin qızı belə fotosessiya etdirdi

Sharing is caring!

Rusiyanın xalq artisti Aleksandr Serovun qızı ikinci uşağını dünyaya gətirdikdən sonra yenidən gündəmə gəlib.  

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni Dubay çimərliyində məşhur Sail Hotelində (Burj Al Arab) diqqətçəkən pozalar verib və həmin şəkilləri sosial şəbəkələrdə paylaşıb.

Qeyd edək ki, tanınmış müğənninin qızı Mişel Serova əri Roman adlı iş adamı ilə evlidir. Onların iki övladı var. 2020-ci ilin sentyabrında onların Miya adlı qızı, 2022-ci ilin fevralında isə Makar adlı bir oğlu dünyaya gəlib.

Mişel Serova bildirib ki, ikinci uşaqdan sonra onun yenidən əvvəlki formasına qayıtmağı üçün interval qidalanma, idman məşqləri və masajlar kömək edib.

Sənətçinin qızı şəxsi bloqunda atası haqqında da danışıb. O bildirib ki, Aleksandr Serov nəvələri dünyaya gələndən sonra dəyişib. Müğənninin sözlərinə görə, o, daha həssas və səmimi davranmağa başlayıb.  


 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir