Şou-Biznes

Rəşad Dağlının ailəsindən MÜRACİƏT: “Adımızdan pul yığırlar”

Sharing is caring!

Həbs edilən meyxanaçı Rəşad Dağlının ailəsi izləyicilərə müraciət edib.

Lent.az xəbər verir ki, sənətçinin oğlu instaqram səhifəsində etdiyi paylaşımda onların adından dələduzluq edildiyini bildirib. Meyxanaçının oğlu Yusif onun adından TikTok-da səhifə açılıb, pul yığıldığını qeyd edib:

"Xahiş edirəm, diqqətli olun. İstəmirəm kimisə aldatsınlar, adımdan pul yığsınlar. Əgər canlı yayım açsam, üzümü göstərəcəyəm və elə danışacağam".

O bildirib ki, açılan profildə canlı yayım zamanı onlara aid olan videolar göstərilir. 

Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir