Şou-Biznes

Sevgilisini döydüyü deyilən aktyor DANIŞDI: “Az qaldı…”

Sharing is caring!

"Tezliklə bu pis günlər də geridə qalacaq".

Lent.az xəbər verir ki, bu sözləri məşhur aktyor Ozan Güven ötən axşam qatıldığı mükafatlandırma mərasimindəjurnalistlərə açıqlamasında deyib.

Keçmiş sevgilisi Deniz Bulutsuzu döydüyüiddia edilən və məhkəməyə şikayət olunan Ozan məsələ barəsində danışıb:

"Tezliklə hamısı bitəcək, az qaldı. Geri dönəcəyəm. İstəyərdim ki, Deniz Bulutsuzu bir az araşdırın. Siz də nə olduğunu görəcəksiniz. Məhkəmədə şəkillərin fotoşop, montaj olduğu ortaya çıxacaq. Bu pis günlər də geridə qalacaq".

Xatırladaq ki, 2020-ci ildə baş verən hadisəyə Ozan Güvenin barəsində 13 il, 6 aya qədər həbs istənilib. 

Qeyd edək ki, Ozan Güven iddialarına görə, Deniz Bulutsuz da ona qarşı zorakılıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir