Dünya

Rusiya və Tacikistan Əfqanıstanla sərhəddə hərbi təlimlərə başlayıb

Sharing is caring!


Rusiya və Tacikistanın hərbi kontingentləri Tacikistanın Xatlon vilayətində, Əfqanıstanla sərhəddə yerləşən Harb-Maydon dağ-səhra poliqonunda birgə hərbi təlimlərə başlayıb.

Bu barədə Rusiyanın Mərkəzi Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, praktiki fəaliyyət mərhələlərində Rusiya və Tacikistanın hərbi kontingentləri dağlıq ərazilərdə qeyri-qanuni silahlı birləşmələrin məhv edilməsi üzrə birgə əməliyyatın hazırlanmasını, eləcə də qeyri-qanuni silahlı birləşmələrin qarşısının alınması və məhv edilməsini həyata keçirəcəklər.

Rusiya hərbi kontingentinin əsasını ümumi sayı 300 nəfərdən çox olan 201-ci hərbi bazanın bölmələri təşkil edir.

Təlimlər aprelin 7-dək davam edəcək.

Tacikistanda yerləşən 201-ci hərbi baza Rusiyanın sərhədlərindən kənarda yerləşən ən böyük hərbi obyektidir.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir