Şou-Biznes

Məşhur model OD PÜSKÜRDÜ: “Fəlakətin içində səni gözləyirdik”

Sharing is caring!

Sosial mediada paylaşımlarına görə tez-tez gündəmə gələn Türkiyənin tanınmış modeli Didem Soydan izləyicisinə yazdığı şərh ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, qara çimərlik geyimində hovuzun içərisində pozalar verən modelin paylaşımına bir izləyici "Bunun tam zamanı idi. Fəlakətin içində dörd gözlə səni gözləyirdik", – deyə, şərh yazıb. 

Model izləyicinin şərhinə "Tam zamanında sən nə edirsən bəs? Əlində telefonla, "Instagram"da Didem Soydanın paylaşımına şərh yazaraq fəlakətin qarşısını alırsan? Çox gözəl işdir də", – deyə, cavab verib.

Qeyd edək ki, aktyor Burak Denizlə yenicə ayrılan Didem Soydan yaşadığı bir çox qalmaqala görə gündəmdə idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir