Şou-Biznes

Afət Fərmanqızı yenə məsxərəyə qoyuldu – VİDEO

Sharing is caring!

Bir dəfəlik Rusiyaya köçdüyünü deyən müğənni Afət Fərmanqızının daha bir paylaşımı məsxərəyə çevrilib.

Lent.az xəbər verir ki, o, "Instagram" hesabında əri Mamed Nanacanovla video paylaşıb.

Məkanların birində əri ilə birgə eynəkdən istifadə edən Afətin böyük duzqabını göstərməsi də videoda əks olunub.

Buna görə də izləyicilər "Duzqabı masanın ayağına oxşayır", "Daha balaca duzqabı yox idi?", "Qapalı yerdə eynək niyə?" və s. kimi şərhlər yazıblar. 

Qeyd edək ki, Xalq artisti Flora Kərimova ilə qalmaqal yaşayan Afət Fərmanqızı məhkəmələrə dəfələrlə gəlmədiyi üçün cinayət işi üzrə onun barəsində həbssiz axtarış elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir