Şou-Biznes

Zəngin kişilərə ərə gedən rusiyalı 4 aktrisa – FOTO

Sharing is caring!

Karyera həyatından başqa zəngin kişilərə ərə gedərək xoşbəxtliyi pulda tapan qadınlar kifayət qədər çoxdur. Rusiyalı aktrisalar arasında bu cəhətdən fərqlənənləri təqdim edirik.

Lent.az xəbər verir ki, istedadlı və cəlbedici qadın olan aktrisa Olesya Sudzilovskayanın həmişə çoxlu pərəstişkarı olub. Onun həyat yoldaşı iş adamı və "RosBank"ın rəhbəri Sergey Dzebandır. 

Aktrisa müsahibələrinin birində iş adamı ilə tanışlığından bəhs edərkən deyib ki, ilk görüşdə həmin şəxs özünü taksi sürücüsü kimi göstərib və Olesyanı pul cəhətdən yoxlamaq istəyib. Olesya sınaqdan keçib və indi onlar 13 ildən çoxdur evlidir. Cütlüyün iki övladı var.

İrina Medvedeva komediya aktrisasıdır və o, “6 kadr” verilişi ilə yadda qalıb. Bir neçə il əvvəl iş adamı Guillauma Baucher ilə evlənib. Aktrisanın sözlərinə görə, onları dostu tanış edib. İrina və Guillaumanın romantikaları özəl görüş və hədiyyələrdən ibarət olub. Bir neçə görüşdən sonra evlilik təklifi ilə münasibətlər rəsmiləşib. İndi cütlük Fransada yaşayır və onların 2 övladı var.

Kristina Babuşkina – əvvəl bir dəfə ərdə olan aktrisa uşaqlarının naminə şəxsi həyatına xeyli ara verib. Ancaq bir anda o, iş adamı Andrey Qatsunaev ilə qarşılaşıb. Kişi həm aktrisanın, həm də övladlarının rəğbətini qazanıb. Hazırda evlidirlər.

Anna Kovalçuk da iş adamı ilə evlidir. Bu, onun ikinci evliliyidir. O, müsahibələrinin birində həyat yoldaşı ilə tanışlığından danışıb: "Gələcək həyat yoldaşım Oleq Kapustinlə təsadüfən tanış oldum. Maşınla evə qayıdırdım və birdən problem yarandı. Sən demə, təsadüfən bir avtomobilin yolunu kəsmişəm. Yaxşı ki, o, hay-küy salmadı, əvəzində məndən telefon nömrəmi istədi. Biz tanışlıqdan 2 il sonra evləndik".

Toy şərəfinə Oleq Kapustin arvadına brilyant üzük və bahalı cins ayğır hədiyyə edib. 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir