Şou-Biznes

Polis Elza Seyidcahanın maşınını əlindən aldı

Sharing is caring!

Əməkdar artist Elza Seyidcahanın maşını cərimə meydançasına aparılıb.

Müğənni Lent.az-a açıqlamasında bu faktı təsdiqləyib. O bildirib ki, vaxtında cəriməni ödəmədiyindən maşını hələ də cərimə meydançasındadır:

"Bu gün səhər verilişə gedirdim. Maşınımı cərimə meydançasına apardılar. Cəriməm var idi, vaxtında ödəmədiyimdən üst-üstə yığılır. Hər zaman deyirəm ki, polisim məni qoruyur. Amma bəzən bizi anlamalıdırlar. Çəkilişlərə gedirik, gecikirik".

Qeyd edək ki, "avtosfer.az" saytı Elza Seyidcahanın 5 min manata yaxın cəriməsinin olmasına dair xəbər yayıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir