Şou-Biznes

Məşhur meyxanaçı xəstəxanaya yerləşdirildi – YENİLƏNİB

Sharing is caring!

Səhhətində problem yaranan meyxanaçı Mahir Cürətin oğlu açıqlama verib.

Lent.az-a danışan İsgəndər atasının hazırda xəstəxanada olduğunu, həkim müayinəsindən keçirildiyini və analizlərin cavabını gözlədiklərini deyib. Onun sözlərinə görə, yalnız cavabları öyrənəndən sonra hansı addımı atacaqları bəlli olacaq.

Qeyd edək ki, Mahir Cürət ayaqlarındakı sağalmayan yaralara görə daha əvvəl evdə müalicə alırdı.

***

Saat 12:22

Meyxanaçı Mahir Cürət xəstəxanaya yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə onun oğlu məlumat yayıb. 50 yaşlı sənətçi hazırda M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə alır.

Oğlunun sözlərinə görə, ayaqlarında yaraların olması meyxanaçının səhhətini ağırlaşdırıb.

"Atamın vəziyyəti tez-tez dəyişir. Ayağındakı yaralar çoxalıb, atam yeriyə bilmir. Biz heç kimdən heç nə ummuruq və gözləmirik. Onun tələbələri var. Coratdan meyxanaçı Balabəy. O, atama baş çəkir, səhhəti ilə maraqlanır", – deyə, onun oğlu bildirib.

Qeyd edək ki, Mahir Cürət 2016-cı ildə narkotikə görə həbs olunub, bir ildən sonra azadlığa buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir