Siyasət

İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti: “Naxçıvanla geniş əlaqələr qurula bilər”

Sharing is caring!


“Düşünürəm ki, maşınqayırma və texnologiya sahəsində İtaliya ilə Naxçıvan arasında geniş əlaqələr qurula bilər”.

“Report” xəbər verir ki, bunu İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti Manuela Traldi Naxçıvanda jurnalistlərə müsahibəsində deyib.

“Bu Naxçıvana ikinci səfərimdir. Birinci səfərimdən fərqli olaraq, bu dəfə Naxçıvan haqqında daha çox məlumat əldə etmək imkanım oldu. Eləcə də ilk dəfə aqrofestivalda iştirak etdim. Burada Naxçıvan və İtaliya arasında, xüsusilə kənd təsərrüfatı sahəsində güclü əlaqələr qurmaq imkanlarını araşdırdım. Bu məlumatları İtaliya biznesmenləri ilə paylaşacağam ki, onlar Naxçıvandakı şirkətlərlə əlaqə qurmağı müzakirə etsinlər”, – M.Traldi bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir