Siyasət

Rusiyalı politoloq: “Ermənistan-Azərbaycan sərhədində baş verənlər İrəvanın təxribatıdır”

Sharing is caring!


“Düşünürəm ki, Ermənistan Azərbaycanla böyük müharibəni uduzacaq”.

Bunu APA-ya açıqlamasında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib.

O, bu gün Ermənistan-Azərbaycan sərhədində baş verənləri İrəvanın təxribatı adlandırıb.

“Hazırda Ermənistan Avropa İttifaqının müşahidəçi missiyasını öz tərəfinə çəkib. Ermənistan müdafiə naziri NATO-nun Brüsseldəki mənzil qərargahına gedib Ermənistan və Azərbaycan arasında baş verənlərdən danışır. Bu məqamda bu cür silahlı təxribat Ermənistana çox sərf edir. Belə olan halda İrəvan Avropa İttifaqı, Fransa və NATO-nu daha çox öz tərəfinə cəlb etmiş olur. Eyni zamanda Ermənistan Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına maneə olmaq üçün imkan qazanmış olur. Düşünürəm ki, Ermənistan müdafiə nazirinin Brüsselə, NATO-nun mənzil qərargahına göndərilməsi Ermənistanın böyük səhvidir. Ona görə ki, hazırda NATO-nun mənzil qərargahında olan Ermənistan müdafiə nazirinə Rusiya heç nədə kömək etməyəcək”, – deyə rusiyalı politoloq vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir