Şou-Biznes

Doğuş klip çəkilişində qəzaya düşdü

Sharing is caring!

“Gamsız”, “Bunun adına ürək deyərlər” və “Yalançı” mahnıları ilə tanınan Doğuş "Son Pərdə" mahnısını musiqisevərlərinə təqdim edib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Doğuş Alanya çimərliklərində yeni mahnısına klip də çəkdirib.

Ssenariyə uyğun olaraq qayıqda çəkilməli olan səhnələr çəkiliş heyətinə məxsus Doğuşun olduğu qayığa çırpılıb. Nəticədə dənizə düşən müğənninin köməyə ehtiyacı olub.

Qısa müddət ərzində çaşmış vəziyyətdə qalan Doğuş qəzadan yara almadan xilas olub. Çimərlikdə çəkilişlər davam edərkən məşhur müğənni “Bu, arzuolunmaz haldır. Klip çəkiliş zamanı istəmədən başımıza çox şey gələ bilər. Bu da onlardan biri idi”, – deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir