Şou-Biznes

Bred Pitt bu qızla SEVİŞİR – FOTO

Sharing is caring!

Keçmiş həyat yoldaşı Ancelina Coli ilə qalmaqal yaşayan dünya şöhrətli aktyor Bred Pitin yeni münasibətə başladığı iddia olunur.

Lent.az xəbər verir ki, "People" dərgisinin məlumatına görə, o, dizayner İnes de Ramonla görüşür.

İddia olunur ki, dizayner xanım "The Vampire Diaries" filminin ulduzu Pol Ueslinin keçmiş həyat yoldaşıdır. Onlar 2018-ci ildən birlikdə olsalar da, 2022-ci ilin sentyabrında ayrılıblar.

Noyabr ayından bəri birlikdə olduqları deyilən Bred və İnes cütlüyü paparazzilər tərəfindən dəfələrlə hava limanında qucaqlaşdıqları yerdə görünüblər. Bundan əlavə, bu yaxınlarda aktyor əsas rollardan birini canlandırdığı "Babil" filminin qala gecəsinə yeni sevgilisi ilə gəlib. Bu, onların birlikdə ictimaiyyətdə görüntüləndikləri ilk çıxışlarıdır. 

Qeyd edək ki, bir çox yaddaqalan obrazlar yaradan Bred Pitt dünən 59 yaşını qeyd edib. 

İnes de Ramon və keçmiş həyat yoldaşı Pol Uesli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir