MARAQLI

Əmisinin skeletindən gitara hazırladı – Fotolar

Sharing is caring!

Amerikalı gitaraçı özünə qeyri-adi musiqi aləti hazırlayaraq bütün dünyanı şoka salıb.

XəbərAl.az xarici mətbuata istinadən xəbər verir ki,  “Prince Midnight” ləqəbi ilə tanınan guitarist ölən əmisinin skeletindən gitara hazırlayıb.

Belə ki, sənətçinin Yunanıstanda yaşayan əmisi illər əvvəl skeletindən tibb elminin tədrisində istifadə üçün icazə verib. Sümüklərdən məktəbdə istifadə olunsa da, bir müddət sonra Yunanıstanda təhsil müəssisələrində əsl skeletdən istifadə qadağan edilib.

Bundan sonra əmisinin sümüklərini evə gətirən musiqiçi onun xatirəsini gitara hazırlayaraq əbədiləşdirməyi qərara alıb.  

O, gitaranı hazırladıqdan sonra musiqi alətində çalaraq “YouTube” kanalında yayımlayıb. 

 

Əmisinin skeletindən gitara hazırladı -  Fotolar
Əmisinin skeletindən gitara hazırladı -  Fotolar
Əmisinin skeletindən gitara hazırladı -  Fotolar
Əmisinin skeletindən gitara hazırladı -  Fotolar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir