Şou-Biznes

53 yaşlı Cennifer Lopezinn CAVANLIQ SİRRİ

Sharing is caring!

Amerikalı aktrisa və pop müğənnisi Cennifer Lopez gəncliyinin sirrini açıb.

Lent.az xəbər verir ki, 53 yaşlı Lopez "Vogue" moda jurnalına müsahibəsində gənc görünməyinin sirlərini açıqlayıb.

Müğənni ilk növbədə oxucuları psixi vəziyyətlə məşğul olmağa çağırıb, çünki bu, zahiri görkəmə birbaşa təsir edir:

“Dünyadakı bütün kosmetik vasitələrdən istifadə edə bilərsiniz, amma bədbəxtsinizsə, dəriniz pis vəziyyətdə olacaq. Hislərinizi gizlədə bilməzsiniz”.

Eyni zamanda, Lopez hər gün üzün yuyulması üçün köpüklə təmizlənməsini, həmçinin nəmləndirici serum və günəşdən qoruyan SPF-30 ilə kosmetikadan istifadə etməyi tövsiyə edib. Televiziya ulduzunun sözlərinə görə, o, şəxsi JLo Beauty brendinin vasitələrindən şəxsən istifadə edir. Lopez hər kəsə kifayət qədər yatmağı tövsiyə edib.

Bundan əvvəl, müğənni Cennifer Lopez gəncliyin daha bir sirrini paylaşıb. Formada qalmaq üçün pop müğənnisi bol su içir və gündə yeddi-səkkiz saat yatır. Lopez spirtli içki qəbul etmədiyini və heç vaxt siqaret çəkmədiyini də qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir