İdman

Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırdı

Sharing is caring!

Rusiyalı MMA döyüşçüsü Mehti Dakayev Nəriman Abbasovu duelə çağırıb.

Bu barədə azərbaycanlı idmançının şəxsi məşqçisi Şəhriyar Abbasov “Facebook” səhifəsində paylaşım edib.

Mütəxəssis bu döyüş üçün danışıqlar aparmağa hazır olduqlarını bildirib:

“Əvvəlcə bu görüşə razılıq vermişdik. Amma Mehti özü imtina etdi. Yəqin, Nərimanın son məğlubiyyəti onu ruhlandırıb”.

Qeyd edək ki, Nəriman Abbasov son olaraq, ABŞ-ın Las-Veqas şəhərində keçirilən “Dana White’s Contender Series” (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində braziliyalı İsmael Bonfimə uduzub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir