Sosial

Bakıda “8 Noyabr” stansiyası necə olacaq?

Sharing is caring!

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılacaq.

“Papanin hospitalı”nın yanında yerləşən yeni metro stansiyasının 8 ilə yaxındır tikintisi aparılır.  Ceyhun Səlimov küçəsində yerləşən Bənövşəyi xəttin 3-cü stansiyasında (B3) yeni və fərqli texnologiyalar tətbiq edilib.  Stansiya 3 səviyyədən ibarət olacaq. Fiziki imkanları məhdud sərnişinlər üçün burada da liftlər quraşdırılacaq. Bundan əlavə, 17 eskalator da sərnişinlərin stansiyaya enib-qalxmasına xidmət edəcək. Perspektiv planda nəzərdə tutulmuş Mavi xəttin stansiyasına keçid də indidən nəzərdə tutulur. Xəttin digər iki stansiyası kimi B3 də 7 vaqonluq qatarlar üçün nəzərdə tutulub”.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, stansiyada tikinti işlərinin əsas mərhələsi yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir