Cəmiyyət

Media nümayəndələri Heydər Əliyevin məzarını ziyarət ediblər – FOTO

Sharing is caring!

Milli Mətbuat Günü münasibətilə Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Azərbaycan Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

“Report” xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, böyük mütəfəkkirin xatirəsi anılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir