Dünya

Çavuşoğlu: “Türkiyə, İsveç və Finlandiya avqustda yenidən görüşəcəklər”

Sharing is caring!

Türkiyə, İsveç və Finlandiya nümayəndələri Şimali Avropa ölkələrinin terror təşkilatları ilə mübarizə üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı vəziyyəti müzakirə etmək üçün avqustda görüş keçirmək niyyətindədirlər.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə açıqlama verib.

İclasda ölkələrin NATO-ya üzvlüyü məsələsinin gündəmə gətirilməsi planlaşdırılır.

“Avqustda biz bu situasiyanı və İsveç və Finlandiyanın öhdəliklərini yerinə yetirmələri ilə bağlı vəziyyəti müzakirə edəcəyik”, – deyə Çavuşoğlu bildirib.

Türkiyə XİN rəhbəri əlavə edib ki, hər iki ölkə Ankaranın tələblərinə əməl etməsə, Türkiyə parlamenti onların Şimali Atlantika Alyansına qəbul edilməsinə dair protokolu dəstəkləməyəcək.

“Biz danışıqlar apardıq, onlar bizim şərtlərimizi qəbul etdilər və nəticədə icrası vacib olan sənədi imzaladıq”, – diplomat əlavə edib.

Hələlik görüşün tarixi açıqlanmayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir