İqtisadiyyat

Azərbaycanda yaşayış minimumu necə hesablanır? – FOTO

Sharing is caring!


“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Qanununa əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. 2024-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum miqdarı 235 manat olacaq.

Məlumat üçün bildirək ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində təyin edilmişdi.

İqtisadçı-ekspert Xalid Kərimli qərarı Bizim.Media-ya şərh edib:

“Sözügedən rəqəmlər hansısa məmurun və ya kabinetin beyin məhsulu deyil. Bunun üçün qanunvericilik aktları və minimum istehlak səbətinin tərkibi var. Qiymətlər bunun əsasında qoyulur. Məsələn, deyilir ki, bir adam Azərbaycanda filan qədər ət yeməlidir. Ətin indiki və orta qiyməti nəzərə alınaraq hesablama aparılır.

Təbii ki, minimum istehlak səbətinin tərkibində yer alan ət normativinin bizim və dünyanın inkişaf səviyyəsinə uyğun olub-olmadığı müzakirə mövzusudur. Ancaq onun da metodikası var, müəyyən əsaslandırmalardan sonra ortaya çıxır. Mən nümunəni ərzaqla bağlı dedim, orada qeyri-ərzaq və xidmətlər də var. Amma bunların hamısı minimum hesablamalarla təyin edilir.

Burada narahat edən məsələ odur ki, Azərbaycanda sürətli inflyasiya gedir. 2021, 2022 və 2023-cü illərdə də bunun şahidi olduq. 2024-də bir qədər aşağı düşəcək, amma yenə də 6 faizə qədər orta illik inflyasiya olacaq. Bu, təbii ki, cəmiyyəti narahat edən məsələdir və çətinlik yaradır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir