Sosial

“Ağaclar kağız, kağızlar tullantı olmasın” layihəsi uğurla davam edir – FOTOLAR

Sharing is caring!

Ağaclar kağız, kağızlar tullantı olmasın layihəsi çərçivəsində işlər davam edir. Belə ki, 27.11.2023 cü il tarixində Ağdaş rayon Dəhnəxəlil kənd R.Məmmədov adına tam orta məktəbində ümummilli liderimiz H.Əliyevin “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir” şüarı ilə ağacəkmə aksiyası təşkil olunmuşdur. Şagirdlərlə bərabər layihə rəhbəri Əmirli Ülkər , məktəbin direktoru Rəhimov Pərvin, təlim-tərbiyə işləri üzrə direktor müavini İsmayılova Dürdanə, sinifdənxaric işlər üzrə təşkilatçı Hümmətova Sahilə və bir neçə müəllim iştirak etmişdir.Təsərrüfat müdiri Hümmətov Sadiq ağacların əkilməsində yaxından kömək etmişdir.Ağacəkmə aksiyasında 40 ədəd ağac (küknar və elder şamı) əkilmişdir.
Qeyd etmək lazımdır ki, ümumi hesablamalara görə 1ton ofis kağızının istehsalı üçün 17 şam ağacı kəsilməlidir. Ağacların məhvi isə ətrafda oksigen çatışmazlığı deməkdir. Ağaclar kağız, kağızlar tullantı olmasın layihəsi çərçivəsində isə məqsədimiz tullantı kağızları təkrar emala göndərərək neçə – neçə ağacların kəsilməsinin qarşısını almaq və şagirdlərdə təkrar emal anlayışını formalaşdırmaqdır. Həmçinin məktəbin dəhlizlərinə kağız tullantılarının toplanması üçün 4 ədəd kontinerlər yerləşdirilmiş və məktəbin şagirdləri ilə bu barədə marifləndirici görüşlər keçirilmişdir.

Atayeva Günay

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir