MARAQLI

ABŞ-də illər öncə sevgilisindən ayrı düşən tənha lamantin tapıldı – FOTO

Sharing is caring!


67 yaşlı Romeo adlı lamantinin rezonans yaradan hekayəsi son aylarda dünyanın hər yerində ictimaiyyətin diqqətini cəlb edib. Artıq bir neçə ildir ki, heyvan əvvəllər orka Lolitanın öldüyü ABŞ-nin Florida ştatında Mayami okeanariumunda kiçik hovuzda tamamilə tək yaşayır.

Heyvan 1956-cı ildən bəri akvariumda yaşayır. Aprel ayında onu sevgilisi Cülyetta ilə birlikdə kiçik doqquz metrlik hovuza yerləşdiriblər. Lamantinlərin bir neçə uşağı dünyaya gəlib. Bir anda Romeonu ondan ayırıblar. İndi onun yoldaşı hələ də okenariumda yaşayır. Lakin o, “məşhurlar” üçün nəzərdə tutulmuş əsas meydançada ayrıca akvariumda saxlanılır.

Qeyd olunur ki, lamantinlər vəhşi təbiətdə 50-60, okeanariumlarda isə 65 yaşa qədər yaşayırlar. Romeonu öz növünün ən qədim uzunömürlüsü hesab etmək olar.

Mütəxəssislər lamantinlərin cüt və ya qrup halında yaşamadıqları zaman psixoloji cəhətdən əziyyət çəkən yarım-sosial heyvan olduğunu izah edərək, həyəcan təbili çalırlar. Ancaq uzunömürlü Romeo nədənsə hələ də tamamilə tək yaşayır.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi artıq okenariumun bu cür hərəkətlərini tənqid edib. Səlahiyyətlilər heyvana kifayət qədər yaxşı baxılmadığını və tam təcrid olunmuş vəziyyətdə saxlanıldığını qeyd ediblər.

Lamantinlər ABŞ-də nəsli kəsilməkdə olan kritik növlər kimi təsnif edilir. Floridada vəhşi təbiətdə cəmi 7500 fərd qalıb. Bu il 500-ə yaxın lamantin müxtəlif səbəblərdən ölüb.

Xatırladaq ki, 2023-cü ilin avqustunda okeanariumda yaşayan ən yaşlı orka olan 57 yaşlı Lolitanın Mayami dəniz akvariumunda öldüyü məlum olub. O, ömrünün 50 ilindən çoxunu okeanariumun hovuzunda keçirib.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir