Dünya

Şotlandiya hökuməti qadınlara dair qanunu dəstəkləmədi

Sharing is caring!


Şotlandiya hökuməti 16-18-ci əsrlərdə cadugərliyə görə edam edilən qadınlara bəraət qazandıran qanun layihəsini dəstəkləməyib.

Bu məsələyə yenidən baxılması qeyri-müəyyən müddətə təxirə salınıb.

Yerli parlamentin nümayəndəsi bildirib ki, layihənin müəllifi Natali Don nazir təyin edildiyi üçün layihəyə baxılmayacaq. Bu səbəbdən qanunverici orqanın qaydalarına uyğun olaraq, sənəd geri çağırılıb.

Xatırladaq ki, Don 2021-ci ilin sonunda cadugərliyə görə mühakimə olunan qadınların ölümündən sonra bəraət qazanmasını təklif edib. Daha sonra deputat onların təqib edilməsini “misoginiya”nın (qadınlara qarşı patoloji nifrət hissi) təzahürü adlandırıb.

Tarixçilərin hesablamalarına əsasən, 1563-cü ildən 1736-cı ilə qədər dörd minə yaxın qadın “Cadugərlər haqqında Qanun”a əsasən edam edilib və işgəncələrə məruz qalıb.

Mənbə: “Times” qəzeti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir