Siyasət

Mixail Qusman: “Beynəlxalq Media Forumunda açıq, geniş, prinsipial diskussiya gedəcəyini düşünürəm”

Sharing is caring!

“Şuşa şəhərində keçirilən Beynəlxalq Media Forumunda Azərbaycanın aparıcı media nümayəndələri iştirak edirlər. Burada Azərbaycanda medianın inkişafı, müasir medianın Azərbaycandakı rolu və Azərbaycan mətbuatının dünya media məkanındakı yeri müzakirəyə çıxarılır. Bu baxımdan, tədbirin əvvəlində Prezident İlham Əliyevin medianın ictimaiyyətdə, ölkədə rolu və yeri barədə səsləndirilən fikirlərini alqışlayıram”.

“Report”un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən Beynəlxalq Media Forumunda iştirak edən TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.

“Prezidentin səsləndirilən fikirlərindən ilhamlanaraq böyük ölkənin layiqli jurnalisti necə olmalı deyə açıq, geniş, prinsipial diskussiya gedəcəyini düşünürəm”, – M.Qusman qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir