Siyasət

Nepal Milli Assambleyasının üzvü: “Yer üzündə quruculuq və sülh naminə Bakıya toplaşmışıq”

Sharing is caring!

“Qoşulmama Hərəkatına üzv ölkələr günümüzdə sülh və təhlükəsizlik məsələsinin nə qədər aktual və vacib olduğunu bilir”.

Bunu “Report”a müsahibəsində Nepal Milli Assambleyasının üzvü Ramçandra Ray deyib.

O bildirib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı Nepal üçün çox vacibdir: “Yer üzündə quruculuq və sülh naminə Bakıya toplaşmışıq”.

R.Ray konfransda dayanıqlı inkişafa da lazımi diqqət yetiriləcəyini vurğulayıb.

Onu sözlərinə görə, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı sadalanan məsələlərə əsaslanan prinsipləri növbəti dəfə elan edir.

Azərbaycan-Nepal münasibətləri barədə danışan R.Ray 1995-ci ildən indiyədək Nepalın Azərbaycanla əməkdaşlığı inkişaf etdirdiyini vurğulayıb:

“2015-ci ildə Nepalda baş verən zəlzələdən sonra Azərbaycan bizə ölkə infrastrukturunun yenidən qurulmasında yardım göstərib. Beləliklə, əməkdaşlığımızı davam etdirmək istəyirik”.

R.Ray bildirib ki, pandemiya dövründə Azərbaycanın COVID-19 ilə mübarizədə fəaliyyəti təqdirəlayiqdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir