Cəmiyyət

AZƏRTAC vakansiya elan edib

Sharing is caring!


AZƏRTAC Azərbaycan dili üzrə redaktor vəzifəsinə vakansiya elan edib.

Vakansiya üzrə aşağıdakı tələblərə uyğun olan namizədlər müraciət edə bilərlər.

– Azərbaycan dilində xəbərlərin redaktəsi;
– İnformasiyaların buraxılışa hazırlanması;
– Vacib xəbərlərin operativ dərc edilməsinin təşkili;
– Müxbir yazılarının vaxtında buraxılışa verilməsinin təmin edilməsi;
– Aktual mövzuların diqqətdə saxlanılması;
– Mətbuatın monitorinqi;
– Tam iş günü;

Namizədə tələblər

– Ali təhsilli olmalı;
– Azərbaycan dilini mükəmməl bilməli;
– Redaktor kimi mətbuatda azı beş il iş təcrübəsi olmalı;
– Xəbər mətnlərinin üslubunu bilməli;
– Xəbərləri operativ oxuyub buraxılışa verməyi bacarmalı;
– Təşəbbüskar olmalı;

Namizədlərdən özləri haqqında məlumatı 2024-cü il fevralın 10-dək [email protected] ünvanına göndərmək və məktubun “mövzu” bölməsində vakansiyanın adını yazmaq xahiş olunur.

Yalnız qeyd edilən şərtlərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir