Media

Rusiyada təyyarə qəzasında NTV kanalının aparıcısı həlak olub

Sharing is caring!

Rusiyanın paytaxtı Moskva şəhərində “Cessna” yüngül mühərrikli idman təyyarəsi qəzaya uğrayıb.

Bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, təyyarəni idarə edən NTV kanalının aparıcısı Aleksandr Koltov və bir qadın həlak olub.

Təyyarənin Moskvanın Myaçkovo hava limanından Yaroslavl vilayətinin Rıbinsk şəhərinə uçuş etdiyi bildirilir. Uçuş zamanı mühərrikin alovlandığı qeyd olunur. Bu səbəbdən pilot təyyarəni tarlaya endirib, lakin təyyarədən sağ çıxa bilməyib.

Uçuşdan əvvəl təyyarənin texniki vəziyyətinin normal olduğu deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir