Dünya

ABŞ polisi yolda gedən qadınların ayaqqabısını oğurlayan şəxsi axtarır

Sharing is caring!

ABŞ-ın Nyu-York şəhərində qəribə oğru peyda olub. O, küçədə gəzən qadınların ayaqqabılarını oğurlayaraq qaçır. Polis son vaxtlar şəhərdə baş verən bu qəribə oğurluq hadisələri ilə bağlı hərəkətə keçib.  

Səlahiyyətlilər ən azı üç qadının ayaqqabılarını oğurlayıb qaçan oğrunun izinə düşüb. Keçən yanvar ayında ilk ayaqqabı oğurluğu xəbərindən sonra ümumilikdə daha 3 oğurluq hadisəsi baş verib. Şübhəlinin qadınları bir müddət izlədikdən sonra ayaqlarından ayaqqabıları çıxararaq oğurladığı iddia edilir.

Polisə müraciət edən zərərçəkmiş qadın şübhəlinin onun 40 dollarlıq ayaqqabısını zorla oğurladığını bildirib. Şübhəlini tanımadığını deyən qadın bir müddət oğrunun onu izlədiyini qeyd edib.

Polis şübhəlinin qadının ayaqqabılarını oğurladıqdan sonra metro stansiyasına girdiyini, turniketlərdən tullanaraq qatara minib qaçdığını müəyyən edib. Hadisə ilə bağlı araşdırma davam edir. 

Mənbə: Milliyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir