Dünya

Rusiya silahlıları Zmeyinı adasını tərk etdilər

Sharing is caring!

Gecə Ukrayna qoşunları Zmeyinıya hücum edib və bundan sonra rusiyalılar adanı tərk ediblər.

Bu barədə “Pivden” Əməliyyat Komandanlığının “Facebook”dakı səhifəsində bildirilir.

“Gecə saatlarında Zmeyinı adasında raket və artilleriya bölmələrimizin atəşi ilə həyata keçirilən hərbi əməliyyatın növbəti uğurlu mərhələsi nəticəsində düşmən iki sürətli qayıqla qarnizonun qalan hərbçilərini tələsik şəkildə təxliyə edib və ehtimal ki, adanı tərk edib”, – deyə məlumatda qeyd edilir.

Bildirilib ki, Zmeyinıda yanğın olub, partlayış səsləri eşidilib.

“Əməliyyatın yekun nəticələri araşdırılır”, – deyə komandanlıq əlavə edib.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir