Siyasət

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu Türkiyə millisinin oyununu izləyiblər – VİDEO

Sharing is caring!

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə Türkiyə yığmasının oyununu izləyib.

Bu barədə M.Çavuşoğlu “Twiter” hesabında bildirib.

O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə Türkiyənin qadın voleybolçulardan ibarət yığmasının oyununu izləməsi ilə bağlı paylaşım edib.

“Azərbaycan xarici işlər naziri Ceyhun qardaşımla Filenin Sultanlarını (Türkiyənin qadın voleybolçulardan ibarət komandası) Ankarada qələbəyə səsləyirik. Finalda yenidən Ankarada görüşənədək”.

Qeyd edək ki, Türkiyənin qadın voleybolçulardan ibarət yığması Belçika millisini 3:1 hesabı ilə məğlub edib. Ceyhun Bayramov həmkarını Türkiyə yığmasının qələbəsi münasibətilə təbrik edib.

Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyədə səfərdədir. Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir