Dünya

ABŞ Venesueladan Avropaya neft daşınmasına icazə verdi

Sharing is caring!

İtaliyanın “Eni” və İspaniyanın “Repsol” şirkəti Rusiya neftinə qoyulan embarqodan sonra itkiləri kompensasiya etmək üçün Venesuela neftinin tezliklə Avropaya tədarükünə başlaya bilər.

Məlumata görə, hər iki şirkətə ABŞ Dövlət Departamenti tərəfindən müvafiq icazə verilib.

Ekspertlərin fikrincə, “Eni” və “Repsol”un daşıyacağı neftin həcmi dünya qiymətlərinə təsir etməyəcək qədər azdır.

Həmçinin, Vaşinqtonun uzun müddətdir dondurulmuş Venesuela neftinin Avropaya axınını bərpa etmək üçün yaşıl işıq yandırması Venesuela prezidenti Nikolas Maduroya da simvolik dəstək verə bilər.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir