Cəmiyyət

Həkim: “Qızılcanın karantin müddəti 21 gün, reabilitasiya müddəti 2-3 həftədir”

Sharing is caring!


“Qızılca zamanı karantin 21 gün davam edir. Lakin çox vaxt valideynlər tələsir və karantin dövrü bitmədən uşaqları məktəbə və məktəbəqədər təhsil müəssisələrinə göndərməyə çalışırlar”. 

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Sevinc Mehdiyeva bildirib.

Onun sözlərinə görə, bir çox valideynlər bədən hərarəti normallaşıbsa, yeni səpgi elementləri qeyd olunmursa, artıq uşağı təcrid etməyin lazım olmadığını düşünürlər:

“Qeyd edim ki, bu çox yanlış fikirdir. Belə hallar xəstəliyin böyüklər və uşaqlar arasında daha çox yayılmasına və ciddi fəsadlara yol aça bilər. 21 gün tamam olduqdan sonra heç bir ağırlaşma qeyd olunmursa, uşaq artıq aktiv həyata qayıda bilər.”

Pediatr onu da əlavə edib ki, piqmentli səpgisi olan xəstə artıq yoluxucu deyil, lakin bu onun sağalması demək deyil:

“Bərpa və reabilitasiya müddəti 2-3 həftə, bəzən isə daha çox davam edir. Xəstəlik keçirdikdən sonra uşağın iştahası kəsilir, tez yorulur və orqanizm zəifləyir. Onun immun sistemi ən azı iki ay istənilən infeksiyaya son dərəcə həssas ola bilər. Bu baxımdan həmin şəxsləri lazımsız təmasdan, yüklənmədən, stresdən, hipotermiyadan və s.-dən qorumaq lazımdır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir