Siyasət

Gürcüstandan gələn azərbaycanlı din xadimləri Ağdam cümə məscidində olublar – YENİLƏNİB + FOTO

Sharing is caring!

Gürcüstandan gələn azərbaycanlı din xadimlərinin Ağdamın işğaldan azad edilən ərazilərinə səfəri davam edir.

“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, din xadimləri rayon ərazisində yerləşən Ağdam cümə məscidi, Mədəniyyət evi və Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan səfərdə Gürcüstanda yaşayan müsəlman dini icmaların 40-a yaxın əməkdaşı və Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov da iştirak edir.

12:36

Gürcüstandan gələn azərbaycanlı din xadimlərinin Ağdamın işğaldan azad edilən ərazilərinə səfəri başlayıb.

“Report”un məlumatına görə, din xadimləri əvvəl rayonun Ağdam kəndində olublar.

Qonaqlar burada erməni vandallığının əyani mənzərəsini müşahidə ediblər. Onlara işğal dövründə Ağdamın ermənilər tərəfindən minalanması, hazırda da rayon ərazisində bu təhlükənin davam etdiyi barədə məlumatlar verilib.

Hazırda səfər davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir