Siyasət

Ağdaşda Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş futbol turniri keçirilib – FOTO

Sharing is caring!

Ağdaş rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan futbol turniri keçirilib.

Oxu.Az-ın məlumatına görə, Milli Məclisin deputatı Məzahir Əfəndiyevin təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və idman nazirliyinin sektor müdiri Fikrət Hüseynovun, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yanında Uşaq Futbol Federasiyasının baş katibi Asim Xudiyevin və Veteran futbolçu Fərrux İsmayılovun iştirakı ilə keçirilən turnirdə Ağdaş rayon Ərəb, Qulbəndə, Cardam, Birinci Aral, Şordəhnə, Şəmsabad, Nehrəxəlil, Kükəl, Xosrov, Qarağan Şıxlar, Güvəkənd, Yuxarı Qəsil, Tofiqi kənd və Ləki Qəsəbə komandaları iştirak ediblər. 

Tədbirdə çıxış edən deputat gənclər arasında sağlam həyat tərzinin təbliği, onların idmana olan həvəsinin daha da artırılmasının dövlət gənclər siyasətinin prioritet istiqamətlərini təşkil etdiyini vurğulayaraq ölkə rəhbərliyi tərəfindən bu sahədə görülən böyük işlərdən bəhs edib.

Eyni zamanda müstəqillik dövründə yetişmiş müasir Azərbaycan gəncliyinin Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 30 il işğal altında qalan torpaqlarının geri alınmasında öz canlarını fəda edərək qanları bahasına nümayiş etdirdikləri qəhrəmanlıqlar xüsusi qeyd olunub. 

Digər çıxış edənlər də ölkə rəhbərinin idmana, xüsusilə regionlarda bədən tərbiyəsi və idmanın inkişafına göstərilən diqqət və qayğıdan söhbət açaraq bu günə qədər həyata keçirilən vacib layihələrdən söhbət açıblar.

Turnirdə iştirak edən bütün gənclərə millət vəkili tərəfindən imzalanmış sertifikatlar təqdim edilib, həmçinin ilk üç yerin qalibi olmuş komandalar xüsusi hədiyyələr, sertifikat, medal və kubokla təltif olunublar. 

Qeyd edək ki, Cardam və Tofiqi kənd komandaları arasında keçirilən final oyunu Cardam kənd komandasının penaltilər seriyasında minimal hesablı qələbə ilə başa çatıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir