İdman

Uruqvay yığmasında 12 il sonra ilk yaşandı

Sharing is caring!

12 il ərzində ilk dəfə olaraq futbol üzrə dünya çempionatının final mərhələsində Uruqvay yığmasının qapısını Fernando Muslera qorumayıb. Belə ki, Qətər DÇ-2022 çərçivəsində keçirilən Uruqvay-Cənubi Koreya matçında cənubi amerikalıların əsas heyətində qapıda Muslera deyil, Serxio Roçet Alvarez durub.

“Qalatasaray”ın futbolçusu olan 36 yaşlı Muslera 2010-cu il dünya çempionatında 7, 2014-cü il dünya çempionatında 4, 2018-ci il dünya çempionatında isə 5 matçda millinin qapısını qorumuşdu.

Qeyd edək ki, hazırda Uruqvayın “Nasyonal” klubunda çıxış edən Roçet 2017-2019-cu illərdə Türkiyənin “Sivasspor” klubundan oynayıb.

Mənbə: CNN Türk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir