Siyasət

Deputat etiraz aksiyaları keçirmək istəyənləri “beşinci kolon” adlandırdı

Sharing is caring!

“Qərb fondları və institutları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Cavid Osmanov deyib. 

O bildirib ki, Azərbaycandakı bəzi qüvvələr həmin fondların sifarişini yerinə yetirir.

“Həmin qüvvələr Azərbaycanda qarşıdurma yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq istəyirlər. Amma onlar öz istədiklərinə nail ola bilməyəcəklər. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib”, – deyə Cavid Osmanov əlavə edib. 

Deputat həmin qüvvələri “beşinci kolon” adlandırıb.

Aqşin Kərimov 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir