Cəmiyyət

Turan İbrahimov: “Gələcəyi olan iki televiziya var və bunlar həmişə olacaq” – VİDEO

Sharing is caring!


“Gələcəyi olan iki televiziya var və bunlar həmişə olacaq. Yəni dövlət atributları və ictimai baxış bucağının, dövlətin atributu olaraq AzTV və İTV kanalı həmişə olacaq. Ənənəvi televiziya beş il, altı il və yaxud da dörd il sonra iki televiziya qalacaq və cəmiyyətə bəs edəcək”.

Bunu İTV telekanalında yayımlanan “Dikdaban” verilişinin qonağı, aparıcı Turan İbrahimov deyib.

Teleaparıcı bildirib ki, bir zaman ictimai rəyə təsir edən qəzetlərin taleyini özəl televiziyalar yaşayacaq:

“Bir vaxtlar bir milyonluq tirajı olan qəzetlər var idi, ictimai rəyə təsir edirdi. Sonra özəl televiziyalar çıxdı. Başladılar o qəzetdəkilər televiziyadakıları tənqid etməyə və bu proses davam etdi. Sonra saytlar çıxdı, saytlar çıxandan sonra qəzetlər yavaş-yavaş tarixin təlatümünə qovuşdu”.

Daha ətraflı İTV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir