Cəmiyyət

Uşağı məktəbdə açıq şəkildə olan elektrik cərəyanı vurub? – FOTO

Sharing is caring!


Sumqayıt şəhərində uşağı elektrik cərəyanı vurub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, məktəbli olan Aslan Əliyevi elektrik cərəyanı vurub.

Nəticədə onun qolunun biri amputasiya olunub. Yaxınlarının bildirdiyinə görə, onun vəziyyəti stabildir, bundan sonra ən azı altı dəfə əməliyyat olunmalıdır.

A.Əliyevin yaxınları iddia edib ki, uşağı məktəb ərazisində açıq şəkildə olan elektrik cərəyanı vurub.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Aslan Əliyevi 22.10.2023-cü il tarixində yașadığı evin qarșısında elektrik cərəyanı vurub:

“A.Əliyev uşaqlarla futbol oynayarkən ehtiyatsızlıq nəticəsində cərəyan vurub. Baş verən hadisədən dərin təəssüf hissi keçiririk. Qeyd etmək istərdik ki, şagirdimizin vəziyyəti ilk gündən nəzarətimizdədir, məktəb direktoru və eləcə də müəllimlər şagirdin yerləşdirildiyi xəstəxanaya baş çəkib, vəziyyəti ilə maraqlanıblar”.

Qeyd edək ki, idarə tərəfindən məktəb ərazisində açıq şəkildə olan elektrik cərəyanının olması ilə bağlı səsləndirilən iddialara cavab verilməyib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, faktla Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır:

“Hadisənin baş vermə səbəbi araşdırlır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir