MARAQLI

Arıqlamaq istəyərkən ağır xəstəliyə tutulan məşhur aktyor indiki vəziyyəti ilə bağlı şəklini paylaşdı – FOTO

Sharing is caring!


Arıqlamaq istəyərkən yanlış pəhrizə görə immun sistemi çökən və ağır xəstəliyə tutulan Türkiyənin sevilən aktyoru Ufuk Özkan səhhəti ilə bağlı pərəstişkarlarına açıqlama verib. O, hazırda ikinci mərhələ sirrozdan əziyyət çəkdiyini deyib.

“Sabah müayinələrdən və səhhətimlə bağlı analizlərdən sonra gedişatla bağlı məlumat paylaşacağam. Bu, mənim son vəziyyətimdir, maraqlanan hər kəslə bölüşmək istədim”, – deyə o bildirib və şəklini paylaşıb.

Qeyd edək ki, Türkiyədə “Geniş ailə” serialındakı Cevahir obrazı ilə böyük pərəstişkar kütləsini qazanan aktyor yeni layihəsi üçün 5-6 kiloqram arıqlamaq istəyib, ancaq Hollivud pəhrizi ilə birdən birə 17 kq çəki itirib. Nəticədə səhhətində problemlər yaranmağa başlayıb. Bundan sonra o, həkimə müraciət edib. Müayinələrdən sonra aktyorun immun sisteminin çökdüyü və sirroz olduğu üzə çıxıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir