MARAQLI

“Simpsonlar”dan daha bir qorxulu proqnoz – VİDEO

Sharing is caring!


“Simpsonlar” (“The Simpsons”) cizgi serialı bu il Kosovoda müharibə olacağını proqnozlaşdırır.

Bu barədə tanınmış amerikalı jurnalist Natali Morris xəbər verib.

O, belə bir səhnənin 2005-ci ildə yayımlanan “Homerdən uzaqda olan ev” adlı epizodda nümayiş etdirildiyini bildirib.

“Kosovo. Siz “Simpsonlar”da 2023-cü ilin payızında Kosovo və Serbiya arasında müharibə olacağını proqnozlaşdıran memi görmüşünüz? Məşum görünür”, – deyə o bildirir.

Morris eyni serialda başqa bir maraqlı təsadüfü də açıqlayıb. Belə ki, Simpsonlar “Oppenheimer” filminin nümayiş olunduğu kinoteatra gəlirlər. Qeyd edək ki, hazırda kinoteatrlarda məhz bu səs-küylü film nümayiş olunur.

Morrisin sözlərinə görə, son hadisələr “Simpsonlar” filmindəki proqnozların özünü doğrultmaqda davam etdiyini göstərir. Belə ki, jurnalist “Titan” batiskafında baş verən son fəlakəti misal çəkib. Cizgi serialında batiskafın batmış gəmiyə baxmağa getdiyi və Homer Simpsonun oksigeninin tükənməyə başlaması ilə bağlı səhnə var idi.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir