Dünya

Kataniya aeroportu 19 iyula qədər bağlı olacaq – VİDEO

Sharing is caring!


İtaliyanın Kataniya şəhərinin (Siciliya adası) hava limanında yanğın baş verib.

Məlumata görə, hava limanı bağlıdır. Bütün uçuşlar çərşənbə günü saat 14:00-a qədər (Bakı vaxtı ilə 16:00 – red.) təxirə salınıb.

Qeyd edək ki, yanğın gecə yarısından bir qədər əvvəl başlayıb və səhərə qədər qarşısı alınmayıb. Hava limanının böyük hissəsini qatı tüstü bürüyüb. Bütün sərnişinlər təhlükəsizlik işçiləri tərəfindən təxliyə edilib. İtki yoxdur.

Kataniya hava limanı Siciliyada gündə onlarla təyyarə qəbul edən əsas hava limanıdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir