Dünya

Hakimi vuran “Ankaragücü”nün prezidenti: “Nə etdiyimi xatırlamıram”

Sharing is caring!


Türkiyə Superliqasının 15-ci turunda keçirilən “Ankaragücü” – “Rizespor” matçında oyunu idarə edən referiyə yumruq zərbəsi endirən “Ankaragücü”nün prezidenti Faruk Koca qısa açıqlama verib.

Klub prezidenti qeyd edib ki, həmin dəqiqələrdə əsəblərini cilovlaya bilməyib:

 “Gözüm qaraldı. Nə etdiyimi xatırlamıram”.

Xatırladaq ki, “Ankaragücü” – “Rizespor” görüşü 1:1 hesabı ilə başa çatıb. Final fitindən dərhal sonra “Ankaragücü” klubunun prezidenti Faruk Koca meydana daxil olaraq matçın baş hakimi Halil Umut Melerə yumruq vurub. Zərbə nəticəsində referi yıxılaraq yerdə qalıb. Daha sonra Ankara klubunun digər nümayəndələri baş hakimi təpikləyiblər. Təhlükəsizlik əməkdaşlarının nəzarəti ilə hakimlər paltardəyişmə otağına aparılıblar. Türkiyənin tanınmış hakimlərindən olan Halil Umut gözündən ciddi xəsarət alıb.

Mənbə: Beyaz TV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir