Dünya

“Ostankino” teleqülləsində bomba həyəcanı

Sharing is caring!

Naməlum şəxslər Moskvadakı Ostankino televiziya qülləsində partlayış təhlükəsi barədə məlumat veriblər.

“Ostankino televiziya qülləsində partlayış təhlükəsi barədə anonim məlumat daxil olub. Məlumat mütəxəssislər tərəfindən yoxlanılıb, təsdiqini tapmayıb – heç bir təhlükəli əşya aşkar edilməyib”, – deyə paytaxtın hüquq-mühafizə orqanlarından bildirilib.

Qeyd edək ki, bundan öncə də dəfələrlə teleqüllədə partlayıcı qurğuların yerləşdirilməsilə bağlı saxta məlumatlar qeydə alınıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir