İdman

Çempionlar Liqası: “Qalatasaray” və PSV-dən əzmkar oyun – VİDEO

Sharing is caring!


Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində beşinci turun növbəti oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, A qrupunda “Qalatasaray” doğma meydanda “Mançester Yunayted”i qəbul edib.

Oyuna yaxşı başlayan “qırmızı şeytanlar” 11-ci dəqiqədə A.Qarnaço və 18-ci dəqiqədə B.Fernandesin qolları ilə 2:0 önə keçiblər. Qarşılaşmanın 29-cu dəqiqəsində H.Ziyeş vurulan qollardan birinin əvəzini çıxıb.

55-ci dəqiqədə “Mançester Yunayted”in heyətində S.Maktominay hesabı yenidən komandasının xeyrinə dəyişib.

Bundan sonra təşəbbüsü ələ alan “cim-bom” 62-ci dəqiqədə H.Ziyeşlə yenidən hesab arasındakı fərqi azaldıb. Qarşılaşmanın 71-ci dəqiqəsində K.Aktürkoğlu hesaba tarazlıq gətirib. Oyun 3:3 hesabı ilə başa çatıb.

Heç-heçə sayəsində xallarını beşə çatdıran “Qalatasaray” ikinci pillədə qərarlaşıb. Dörd xalı olan “Mançester Yunayted” isə qrupda son sıradadır.

B qrupunda “Sevilya” evdə PSV ilə qarşılaşıb.

Qarşılaşmaya yaxşı başlayan meydan sahibləri 24-cü dəqiqədə S.Ramosun qolu ilə hesabı açıblar. 47-ci dəqiqədə Y.En-Nesri hesab arasındakı fərqi artırıb.

Bundan sonra təşəbbüsə yiyələnən Niderland təmsilçisi 68-ci dəqiqədə İ.Saibari, 81-ci dəqiqədə N.Qedlj (öz qapısına) və qarşılaşmanın əsas vaxtına əlavə edilmiş ikinci dəqiqədə R.Pepinin qolları ilə oyunda geridönüş edə bilib.

Bu nəticə ilə “Sevilya” iki xalla qrup sonuncusudur. Əzmkar qələbə qazanan PSV isə səkkiz xalla ikincidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir