İdman

“Barselona” Frenki de Yonqa yeni müqavilə təklif edib

Sharing is caring!


“Barselona” niderlandlı yarımmüdafiəçi Frenki de Yonqa yeni müqavilə təklif edib.

Məlumata görə, Kataloniya klubu futbolçunun yeni müqaviləsini komanda daxilindəki çətin iqtisadi vəziyyətə uyğunlaşdırmaq istəyir. Oyunçunun hazırkı müqaviləsinin 2026-cı ilə qədər qüvvədə olmasına baxmayaraq, klub oyunçunun maaşını azaltmaq istəyir.

Xatırladaq ki, ötən mövsüm Frenki de Yonqla birlikdə “Barselona” ölkə çempionluğunu qazanmışdı. Frenki 2022/2023 mövsümündə əsas heyətdə bütün yarışlarda 43 oyun keçirib, iki qol vurub və dörd məhsuldar ötürmə edib.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir