Siyasət

200 illik “Qafqaz planı”nı yıxan dahi lider Heydər Əliyev – VİDEO

Sharing is caring!

“Heydər Əliyev həm Türkiyə ilə “bir millət, iki dövlət” şüarını yaratdı, həm də Qafqazda 200 illik “erməni layihəsi”ni yıxdı. Azərbaycanın və Qafqazın taleyi Heydər Əliyevin siyasəti ilə tamamilə dəyişdi”.

Bu barədə Türkiyənin “Haber Global” televiziyasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı hazırladığı süjetində qeyd olunub.

Süjetdə 19-cu əsrdən etibarən ermənilərin Çar Rusiyası, İran və Anadoludan bir plan daxilində Azərbaycana köçürüldüyü vurğulanıb. Bu plana əsasən bölgədə ermənilərin sayı artırılıb. SSRİ dövründə vaxtilə Azərbaycan ərazilərinə köçürülən ermənilərin “Böyük Ermənistan” planının icrasına başlanılıb. Bundan ürəklənən ermənilər Azərbaycanın bir çox bölgələrinə ərazi iddiaları irəli sürüblər.

Bütün bu məkrli planların qarşısında isə Azərbaycan xalqının böyük oğlu, dahi siyasətçi Heydər Əliyev dayanıb.

Lakin ermənilər 80-ci illərdə Heydər Əliyevin SSRİ-dəki vəzifəsindən uzaqlaşdırılması və sonradan sovet imperiyasının süqutu ilə daha da azğınlaşıblar. Onlar Azərbaycan torpaqlarını işğal ediblər.

Bu məqamda isə yenidən xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev 200 illik məkrli planı alt-üst edib. Ermənilərin Azərbaycanı məhv etmək planlarının qarşısını alıb.

“Heydər Əliyev həyata gözlərini yumanda özündən sonra strateji dahiliyini miras qoydu”, – deyə süjetdə qeyd olunub.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev də hər zaman ümummilli liderin siyasi kursuna sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edib.

Süjetdə vurğulanır ki, Türkiyə-Azərbaycan qardaşlığı da bizə Heydər Əliyevdən miras qalıb. Elə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qars bəyannaməsinin 100-cü ildönümündə Şuşa bəyannaməsini imzalamaları da bu qardaşlıq münasibətlərini daha da möhkəmləndirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir