Siyasət

Xalq artistinin həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür etdi

Sharing is caring!

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

XəbərAl.az xəbər verir ki, Trend-ə açıqlamasında Güllü Hüseynova qeyd edib ki, Rəmiş hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsindədir:

“Hazırda özüm də buradayam, həkimlər hər dəqiqə bizə məlumat verirlər, xəstənin müalicəsini diqqətdə saxlayırlar. Rəmişin müalicəsinin diqqətdə saxlanılmasına görə ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir