Siyasət

Ermənistanın sərhədlə bağlı yaratdığı işçi qrupunu iki nəfər tərk etdi: “Hökumətlə görüşlər səmərəsiz oldu”

Sharing is caring!




Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiya”nın tərkibindəki işçi qruplarından birinin iki üzvü vəzifənin icrasından imtina edib.

Bunlar Kirants kəndinin administrasiyasının rəhbəri Kamo Şaginyan və Bağanis kəndinin nümayəndəsi Gevork Saakyandır.

Kamo Şaginyan aprelin 22-də Ermənistan baş naziri Nikol Paşinyan və onun müavini Mqer Qriqoryanla keçirilən görüşləri səmərəsiz adlandırıb.

Ermənistan rəhbərliyi kəndlərin icra başçılarının təkliflərini qəbul etməyib.

Xatırladaq ki, sözügedən işçi qrup aprelin 22-də yaradılıb.

Mənbə: Sputnik Ermənistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir